28.04.2021 15:18
469

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Ceydon Sanço vətəni İngiltərəyə qayıda bilər.
"CEMPİON.AZ" xəbər verir ki, gənc futbolçu “Liverpul”un maraq dairəsinə düşüb.
“Qırmızılar” hücumçusu Məhəmməd Salahın mövsümün sonunda komandadan ayrılmaq ehtimalını nəzərə alaraq, indidən ona alternativlər müəyyənləşdirir. Bu yerə əsas namizəd də məhz Sançodur. Tezliklə klublar arasında danışıqların başlaması gözlənilir.
Qeyd edək ki, “Mançester Siti”nin sabiq futbolçusu Sanço cari mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 12 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.