cümə, 12 sentyabr 2025

BİZİM FUTBOL

Azərbaycan kubokuna hakim təyinatları

28.04.2021 18:48 Oxundu 430


Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.

"CEMPİON.AZ" xəbər verir ki, sabahkı qarşılaşmaların hakimləri də bəlli olub.
Əliyar Ağayev “Qarabağ” – “Sumqayıt” matçında fit çalacaq. Elçin Məsiyev “Zirə” – “Keşlə” görüşünü idarə edəcək.

Azərbaycan kuboku
1/2 final, cavab oyunları
29 aprel (cümə axşamı)

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00

“Zirə” – “Keşlə”
Hakimlər: 
Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 20:00