29.04.2021 11:18
485

Fransanın PSJ klubu avrokuboklarda 20 ildən sonra fasiləyə üstün yollandığı matçda uduzub.
"CEMPİON.AZ" xəbər verir ki, parislilər Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə “Mançester Siti”yə məğlub olub.
Ev oyununda ilk yarıda hesabı açan Maurisio Poçettinonun yetirmələri fasilədən sonra 2 top buraxıb. PSJ son belə məğlubiyyəti 2001-ci ilin martında “Deportivo”dan alıb. İlk yarıda 2 cavabsız qol vuran fransalılar 3:4 hesabı ilə yenilib.
Bu, “Mançester Siti”nin bütün turnirlər nəzərə alınmaqla ardıcıl 18-ci səfər qələbəsi olub. Bu görüşlərdə top fərqi 46:9-dur. “Şəhərlilər”in evdə xal itirdiyi son görüş dekabrın 12-nə təsadüf edib. Premyer Liqasının Mançester derbisində qolsuz sülh qeydə alınıb.