29.04.2021 11:48
447

“Porto”nun baş məşqçisi Konseysao diskvalifikasiya edilib.
"CEPİON.AZ" xəbər verir ki, buna səbəb onun ölkə çempionatının XXIX turunda “Moreyrense” ilə görüşdəki davranışı olub.
1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra hakimi təhqir edən çalışdırıcı 21 günlük cəzaya məruz qalıb. O, görüşdən sonra referiyə “Zəif və pis adamsan. Bizdən iki çempionluğu oğurlamısan. Sən oğrusan”, deyib. Mütəxəssis eyni zamanda 10 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, “Porto” hazırda 67 xalla ikinci pillədə qərarlaşır.