29.04.2021 13:19
492

"Real"ın kapitanı Serxio Ramos klubda qalmaq istəyir.
"CEMPİON.AZ" "ABC"yə istinadən xəbər verir ki, ispan müdafiəçi Madrid təmsilçisi oynamağa davam etməyə hazır olduğu son şərtləri rəhbərliyə bildirib. O, 2022/2023 mövsümünün sonuna qədər müqavilə imzalamaq istəyir. Buna görə 35 yaşlı futbolçu maaşının 10 faiz azaldılmasına razıdır.
Qeyd edək ki, Ramosun "Real"la hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.