29.04.2021 15:23
455

"Leyptsiq" yeni baş məşqçisinin adına aydınlıq gəlib.
"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisini bu mövsüm başa çatdıqdan sonra "Zalsburq"un (Avstriya) baş məşqçisi Cessi Marş çalışdıracaq. Amerikalı mütəxəssislə 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb. O, iyulda "Bavariya"ya keçəcək Yulian Naqelsmannı əvəzləyəcək.
Qeyd edək ki, Marş 2019-cu ildən "Zalsburq"da işləyir. 47 yaşlı mütəxəssis bundan əvvəl "Leyptsiq"də baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.