cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Premyer Liqada oruc tutan futbolçulara güzəşt ediləcək

29.04.2021 13:44 Oxundu 474


İngiltərə Premyer Liqasının rəhbərliyi Ramazan ayı ilə bağlı yeni qərar qəbul edib.

"CEMPİON.AZ" xəbər verir ki, qurum oruc tutan futbolçuların nəzərə alınması barədə təlimat verib.
Üç gün əvvəl “Lester” – “Kristal Pelas” matçından əvvəl kapitanlar baş hakimə yaxınlaşaraq yarım saatın tamamında görüşün dayandırılmasını xahiş edib, referi buna razılıq verib. Premyer Liqa rəhbərliyi də bundan sonra futbolçuların oruclarını açması üçün iftar vaxtına düşən görüşlərdə kapitanlarla hakimlərin öncədən söhbətləşməsi və razılaşması yönündə tapşırıq verib.
Qeyd edək ki, “Lester” – “Kristal Pelas” matçında ev sahiblərindən Uesli Fofana, qonaqlardan isə Şeyku Kuyatenin orucunu açması üçün oyun dayandırılmışdı.