cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Şahrudin sağaldı

29.04.2021 16:34 Oxundu 566


“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev zədədən sonra yenidən meydana qayıdır.

"CEMPİON.AZ" xəbər verir ki, milliləşən legioner Azərbaycan kubokunun “Sumqayıt”la bugünkü matçının start heyətində yer alıb.
O, yarımfinalın cavab oyununda “Qarabağ”ın əsas qapıçısı kimi meydana çıxacaq. “Səbail”lə Premyer Liqanın XXIII turunun matçında başından ağır zədə alan qapıçı aprelin 16-dakı hadisədən 13 gün sonra yenidən komandasına kömək edəcək.
Qeyd edək ki, Azərbaycan yığmasının əsas qapıçısı olan Şahrudin “Səbail”lə matçın (1:1) 26-cı dəqiqəsində Amil Yunanovla toqquşmadan sonra meydanı tərk etməli olub. Onun başına 25 tikiş qoyulub.