cümə, 12 sentyabr 2025

BİZİM FUTBOL

"Sumqayıt" və "Keşlə" finalda - YENİLƏNİB

29.04.2021 22:40 Oxundu 831

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
"CEMPİON.AZ" xəbər verir ki, keçiriləcək iki cavab matçından sonra finalçılar müəyyənləşib.
Əvvəlcə Premyer Liqanın lideri "Qarabağ" "Sumqayıt"ı qəbul edib. Komandalar arasında Sumqayıtda keçirilən görüşdə qol vurulmayıb. Bu görüş isə penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (5:4) "Sumqayıt" kubokun ilk finalçısı olub. 
Günün digər matçında isə "Zirə" Keşlə"ni qəbul edib. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandasının mərhələni adlamaq şansı daha böyük olsa da, nəticə fərqli olub. Əlavə vaxtın da oynanıldığı gərgin matçda "Keşlə" 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" finalı mayın 24-də keçiriləcək.
 

20:00.“Zirə” – “Keşlə” - 2:3
Qollar:
 Şəhriyar Əliyev, 48-avtoqol (1:0), Sezar Meza Kolli, 66 (1:1), 90-pen. (1:2), 92 (1:3), Klesio Bauk, 111 (2:3)
Qırmızı vərəqə: Lazar Corceviç, 88
İlk oyun - 2:1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

17:00.“Qarabağ” – “Sumqayıt” - 0:0 (Penaltilər - 4:5)
İlk oyun
 - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu