30.04.2021 12:21
484

İngiltərənin “Tottenhem” klubundan ayrılan Joze Mourinyonun yeni iş yeri bəlli olub.
"CEMPİON.AZ" xəbər verir ki, portuqaliyalı mütəxəssis fəaliyyətini Böyük Britaniyada davam etdirəcək.
O, özünü yeni vəzifədə sınayacaq. Mourinyo “talkSPORT” radiostansiyasında çalışacaq.
Belə düşünməyə radionun rəsmi tvitter səhifəsinin yaydığı rolik əsas verib. Əlində şirkətin adı yazılan futbolka tutan, lakin üzü görünməyən şəxsin Mourinyo olduğu bildirilir.