30.04.2021 13:19
474


Təbrizin "Traktor" klubu Asiya Çempionlar Liqasında növbəti oyununa çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə" klubu ilə qarşılaşıb. "Traktor" qrup lideri ilə görüşdə vacib qələbə qazanıb - 2:0. Məhəmməd Abbaszadə dubl edib.
Bu nəticədən sonra "al qurdlar" 10 xalla qrupda 2-ci, "Əl-Şərcə" 11 xalla ilk pillədə qərarlaşıb.