cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Rahim Sterlinq "Real"a keçə bilər

30.04.2021 15:24 Oxundu 484


“Mançester Siti” hücumçusu Rahim Sterlinqlə yollarını ayıra bilər.

"CEMPİON.AZ" xəbər verir ki, Premyer Liqa klubu ulduz futbolçunu satmağın əleyhinə deyil.
“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland və “Aston Villa”nın yarımmüdafiəçisi Cek Qrilişi sərəncamında görmək istəyir. Rəhbərlik Sterlinqin satışından əldə olunacaq gəlirlə bu transferləri reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Rahim Strlinqin xidmətində ən çox maraqlı olan klub “Real”dır.