cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Roma" baş məşqçi ilə yollarını ayıra bilər

30.04.2021 15:48 Oxundu 492


"Roma" baş məşqçisi Paulo Fonsekanı istefaya göndərməyə hazırlaşır.

"CEMPİON.AZ" "Calciomercato"ya istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın Avropa Liqasının yarımfinalında "Mançester Yunayted"lə ilk görüşdə darmadağınla uduzmasından (2:6) sonra belə qərara gəlib. Hətta prezident Dan Fridkin bu gün klubun idarə heyəti ilə görüş təyin edib. İclasda əsas müzakirə mövzusu isə Fonsekanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı olacaq.
Rəhbərlik portuqaliyalı çalışdırıcının yerinə Maurisio Sarrini əsas namizəd hesab edir.
Qeyd edək ki, "Roma" hazırda A seriyasında 55 xalla 7-ci yeri tutur.