30.04.2021 17:44
425

"Real"ın futbolçusu Marselo Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə cavab matçında iştirak edə bilər.
"CEMPİON.AZ" "Marca"ya istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan bildirib.
Marselo sözügedən görüşdən 1 gün əvvəl Madrid məclisində seçkilərdə nəzarət komissiyasının üzvü kimi iştirak etməlidir. Bu səbəbdən onun oyunu buraxacağı haqda məlumatlar yayılmışdı. Lakin Zidan 32 yaşlı müdafiəçinin komandasının yanında olacağını vurğulayıb.
Qeyd edək ki, mayın 5-də keçiriləcək "Çelsi" - "Real" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.