bazar ertəsi, 23 mart 2026

BİZİM FUTBOL

Millimiz E qrupunda mübarizə aparacaq

30.04.2021 17:17 Oxundu 537


Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb.

"CEMPİON.AZ" xəbər verir ki, Azərbaycan millisinin də DÇ-2023 yolundakı rəqibləri bəlli olub.
Yığmamız E qrupunda yer alıb. Komandamız Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro ilə görüşəcək.
Qeyd edək ki, seçmə mərhələ 2021-ci ilin sentyabrından 2022-ci ilin sentyabrına qədər keçiriləcək.