30.04.2021 18:35
443

“Ayaks” baş məşqçisi Erik ten Haqla müqavilənin müddətini uzadıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu haqda Amsterdam təmsilçisinin saytı məlumat yayıb. Onunla yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 51 yaşlı Haq 2017-ci ilin sonlarından “Ayaks”da çalışır. O, bu mövsüm çempionluq tituli və ölkə kubokunu qazandırıb. 2018/19 mövsümündə isə onun rəhbərliyi altında komanda Çempionlar Liqasında yarımfinala yüksəlib.
Erik ten Haq “Tottenhem”in baş məşqçisi vəzifəsinə namizəd sayılırdı.