30.04.2021 19:19
444

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman cəzalanıb.
"CEMPİON.AZ" xəbər verir ki, niderlandlı mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub.
O, La Liqanın növbəti matçlarını buraxacaq. Buna mütəxəssisin “Qranada” ilə görüş (1:2) zamanı baş hakim Pablo Fuertes tərəfindən qovulması səbəb olub. Referi Kumanın dördüncü hakimə “tipə bax e” deməsinə görə cəzalandırıb.
Qeyd edək ki, mütəxəssis “Valensiya” ilə mayın 2-də və “Atletiko” ilə 8-dəki görüşlərində iştirak etməyəcək.