cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Çelsi"nin azarkeşi 10 il stadiona buraxılmayacaq

30.04.2021 20:32 Oxundu 444


“Çelsi” klubu azarkeşlərindən birini antisemitizmə görə cəzalandırıb.

"CEMPİON.AZ" xəbər verir ki, londonluların fanatının sosial şəbəkədə antisemit ifadələr yayımlaması ona baha başa gəlib.
“Zadəganlar” məsələni araşdırdıqdan sonra həmin fanatın 10 il müddətinə komandanın oyunlarını izləmək üçün tribunaya buraxılmasını qadağan edib. Yayılan bəyanatda bu kimi halların bağışlanılmaz olduğu vurğulanıb: “Nə oyunumuzda, nə də cəmiyyətimizdə irqçilik, antisemitizm, homofobiya, cinsiyyətçilik və ya hər hansı bir ayrı-seçkiliyə yer ola bilməz. Cəmiyyətdə olduğu kimi, idmanda da internetdəki paylaşımların küçədəki davranışlarla eyni olmadığı bir mühit yaratmalıyıq”.
“Çelsi”nin sahibi Roman Abramoviç də məsələyə münasibət bildirib: “Dünyada irqçilik və antisemitizmə yer yoxdur. Futbolçulara qarşı irqçilik və təhqirlər məni şoka salır”.