cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Barselona" futbolçusunun müqaviləsini uzatdı

30.04.2021 21:46 Oxundu 427


İspaniyanın "Barselona" klubu futbolçusu Oskar Mingesa ilə müqavilənin müddətini uzadıb.

"CEMPİON.AZ" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
İspaniyalı oyunçunu heyətinə qatmaq istəyən klub 100 milyon avro ödəməlidir.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Oskar Mingesa 2020-ci ildən əsas komandada çıxış edir.