cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Leyptsiq" finalda

01.05.2021 12:23 Oxundu 432


Almaniya kubokunda ilk finalçı müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, bu, "Leyptsiq"dir. Komanda yarımfinalda "Verder"lə qarşılaşıb. Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub.  Yekunda 2:1 hesabı ilə qalib gələn komanda finala yüksəlib.
Qeyd edək ki, "Leyptsiq" həlledici matçda "Borussiya" (Dortmund) - "Holşteyn Kil" cütünün qalibi ilə qarşılaşacaq.

"Verder" - "Leyptsiq" - 1:2
Qollar
: Çan, 93 (0:1), Bittenkort, 105+1 (1:1), Forsberq, 120+1 (1:2)