01.05.2021 13:40
438

"Mançester Yunayted" futbolçusu Edinson Kavaniyə yeni müqavilə təklif edib.
"CEMPİON.AZ" xəbər verir ki, bu bu barədə jurnalist Nikola Şkira özünün "Tvitter" səhifəsində yazıb. Bildirilib ki, "qırmızı şeytanlar" uruqvaylı hücumçu ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini daha 1 il uzatmaq istəyir. Şkira yazıb ki, klub 34 yaşlı oyunçu ilə əməkdaşlığın davamının uğurlu olacağına əmindir.
Qeyd edək ki, Edinsonun Argentina təmsilçisi "Boka Xuniors"a keçəcəyi gözlənilirdi. Lakin oyuunçunun son matçlardakı uğurlu çıxışı vəziyyəti dəyişdirib.