cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Yuventus"un futbolçusu ilə maraqlanan klublar

01.05.2021 16:18 Oxundu 460


“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo ilə maraqlanan klubların sayı artır.

"CEMPİON.AZ" xəbər verir ki, Fransa millisinin üzvü ilə maraqlanan komandalar sırasına “Çelsi” də qoşulub.
“Qoca sinyora”nın indidən transferə çıxardığı orta sahə oyunçusunu almaq heç də asan olmayacaq. Çünki başda “Barselona” olmaqla, bir çox klub 26 yaşlı futbolçunun keçidində maraqlıdır. “Yuve” isə onun satışından 20 milyon avro qazanc götürmək istəyir.
Qeyd edək ki, Adrien Rabyo “Yuventus”a 2019-cu ildə PSJ-dən keçib.