cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Mourinyo: "Adi bir həyat tərzi yaşayıram"

01.05.2021 19:36 Oxundu 521


"Tottenhem"in ötən ay istefaya göndərdiyi çalışdırıcısı Joze Mourinyo məşqçiliyə nə vaxt qayıdacağı ilə bağlı sualları cavablandırıb.

"CEMPİON.AZ" "Sky Sports"a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis deyib:
"Heç bir planım yoxdur. Adi bir həyat tərzi yaşayıram. Özümü təravətli, sakit hiss edirəm. Mən tətildəyəm. İndi səhvlər üzərində işləmək, hər şeyi təhlil etmək üçün daha çox vaxtım var. Futbola qayıtmazdan əvvəl hələ gözləyəcəm. Həmçinin mən yalnız uyğun bir klub yox, uyğun bir mədəniyyət də gözləyəcəyəm".