03.05.2021 11:16
475

İtaliya “İnter”inin baş məşqçisi Antonio Konte karyerasında 3-cü komanda ilə ölkə çempionluğu yaşayıb.
"CEMPİON.AZ" xəbər verir ki, Milan təmsilçisi ilə ilk uğuruna sevinən mütəxəssis bunadək “Yuventus” və “Çelsi”də də qızıl medal qazanıb.
O, Turin təmsilçisi ilə 2011/12, 2012/13 və 2013/14 mövsümlərində İtaliyanın ən yaxşısı olub. Konte 2016/17 mövsümündə “Çelsi”ni İngiltərədə çempion edib.
3 komanda ilə ölkə çempionu olan mütəxəssisin aktivində daha bir zəfər var. O, “Bari” ilə İtaliya B seriyasında 1-ci olub. Bu, 2008/09 mövsümünə təsadüf edib.