cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Sona iki tur qalmış Rusiya çempionu oldular

02.05.2021 22:56 Oxundu 442

Rusiya Premyer Liqasında 2020-2021 mövsümünün qalibi müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, "Zenit" son iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Sergey Semakın komandası 28-ci turda ən yaxın izləyicisi "Lokomotiv"i (Moskva) qəbul edib. Rəqibini 6:1 hesabı ilə daramadağın edən "Zenit" xallarını 61-ə yüksəldib və "Lokomotiv"lə xal fərqini 9-a çatdıraraq çempionluğunu qeyd edib.
Bu, Sankt-Peterburq təmsilçisinin ardıcıl 3-cü, ümumilikdə 7-ci çempionluğudur.