03.05.2021 13:15
474

PSJ-nin bir neçə gün əvvəl zədələnən hücumçu Kilian Mbappe hələ də komanda ilə məşq edə bilmir.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Zədə səbəbindən Liqa 1-in “Lans”la matçını buraxan 22 yaşlı hücumçunun Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab matçında iştirak etməsi də gözlənilmir.
Mayın 4-də keçiriləcək “Mançester Siti” – PSJ oyunu saat 23:00-da start götürəcək. Komandalar arasında Parisdə keçirilən ilk oyunda “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.