03.05.2021 13:49
456

"İnter"in futbolçusu Arturo Vidal unikal göstəriciyə imza atıb.
"CEMPİON.AZ" xəbər verir ki, çilili yarımmüdafiəçi son 10 mövsümdə 9-cu çempionluğunu qeyd edib.
Ötən gün “İnter”lə İtaliya A seriyasının qızıl medallarını qazanan futbolçu ümumilikdə üç ölkədə çempionluq sevinci yaşayıb. Bu, rekord sayılır.
Vidal 2011/12, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində “Yuventus”la A seriyasının, 2015/16, 2016/17 və 2017/08 mövsümlərində “Bavariya” ilə Almaniya Bundesliqasının, 2018/19 mövsümündə isə “Barselona” ilə İspaniya La Liqasının qalibi olub.
Son 10 ildə yalnız bir dəfə çempion ola bilməyən 33 yaşlı oyunçu 2019/20 mövsümündə “Barselona” ilə İspaniyada gümüş medala sahib olub.