cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Valensiya"da istefa

03.05.2021 14:50 Oxundu 499


“Valensiya” baş məşqçisi Xavi Qarsiya ilə yollarını ayırıb.

"CEMPİON.AZ" xəbər verir ki “yarasalar” çalışdırıcını istefaya göndərib.
Bunu İspaniya klubu rəsmi saytı vasitəsilə bəyan edib. La Liqanın XXXIV turunda “Barselona”ya 2:3 hesablı məğlubiyyətdən sonra Qarsiya istefaya göndərilib. Komanda müvəqqəti olaraq Salvador Qonzalesə tapşırılıb.
Qeyd edək ki, "Valensiya" hazırda 36 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır. Xavi Qarsiya ötən ilin yayında baş məşqçi postuna gətirilmişdi.