cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Qalatasaray" prezidentliyinə namizədlərdən biri geri çəkilib

03.05.2021 15:51 Oxundu 459


“Qalatasaray”da prezidentliyə namizədlərdən biri geri addım atıb.

"CEMPİON.AZ" xəbər verir ki, Tuncer Hunca bu posta iddiasından geri çəkilib.
Hunca 52 ildir “cim-bom”un üzvü olduğunu və belə qalmaqda davam edəcəyini söyləyib. O, prezident seçkilərində Əşrəf Hamamcıoğlunu dəstəkləyəcəyini vurğulayıb.
Qeyd edək ki, mayın 29-da keçiriləcək prezident seçkilərində Burak Elmas, Əşrəf Hamamcıoğlu, Mətin Öztürk və hazırkı rəhbər Mustafa Cengiz namizəd olacaq.