cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Premyer Liqa klubları Levandovski ilə maraqlanır

03.05.2021 16:45 Oxundu 461


"Bavariya"nın futbolçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər.

"CEMPİON.AZ" Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun meneceri Münhen təmsilçisi ilə yeni müqavilə imzalanması üçün danışıqlar aparır.
Lakin tərəflər razılığa gəlməsə, Levandovski İngiltərə klublarından birinə keçəcək. Onunla "Real"ın yaxından maraqlandığı haqda məlumatlar da yayılıb.
Qeyd edək ki, polşalı oyunçu bu mövsüm Bundesliqada 26 matçda 36 qol vurub.