04.05.2021 12:24
447

"Yuventus"un sabiq çalışdırıcısı Maurisio Sarri "Roma"ya baş məşqçi təyin olunmağa yaxındır.
"CEMPİON.AZ" "Sport Mediaset"ə istinadən xəbər verir ki, tərəflər artıq müqavilə imzalamaq üçün razılıq əldə ediblər. Mütəxəssisin klubdakı maaşı isə illik 4 milyon avro olacaq. Daha əvvəl isə Sarrinin "Roma" ilə sözləşməsinin müddətinin 2 il olacağı bildirilmişdi. Komandanı hazırda çalışdıran Paulo Fonsekanın isə tezliklə istefaya göndəriləcəyi bildirilib.
Qeyd edək ki, Sarri 2020-ci ildə "Yuventus"dan ayrılıb və hazırda işsizdir.