çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

Mahirin transferi haqqında "Qarabağ"dan açıqlama

04.05.2021 14:32 Oxundu 374


“Qarabağ” hücumçusu Mahir Emrelinin bu mövsümün sonu klubu tərk edərək xarici komandalardan birinə keçəcəyi ilə bağlı yayılan xəbərlərə qısa münasibət bildirib.

"CEMPİON.AZ" xəbər verir ki, bunu klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az saytına açıqlamasında deyib. O bildirib ki, 2020/21 mövsümünün sonu M.Emreli və başqa bir neçə futbolçunun müqaviləsinin müddəti başa çatır: “Hazırda klub olaraq bütün fikrimizi Premyer Liqanın son 4 turunun oyununa yönəltmişik. Yalnız mövsum başa catandan sonra müqavilələrlə bağlı məsələlər müzakirə olunacaq. İctimaiyyətə yekun nəticə ilə əlaqədar klubumuzun saytı, sosial şəbəkə hesabları vasitəsi ilə  rəsmi məlumat veriləcək”.
Xatırladaq ki, M.Emrelinin “Qarabağ”la müqaviləsi bu mövsümün sonu başa çatır. Onun karyerasını “Legiya” klubunda davam etdirəcəyinə dair Polşa mətbuatında xəbərlər yayılıb. Futbolçunun meneceri Tural Əsgərov M.Emreliyə “Legiya” ilə yanaşı başqa klublardan da təklif olduğunu söyləyib.