cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Şevçenko: "Həmin matçdan sonra gecələr qışqıraraq yuxudan oyanırdım"

05.05.2021 12:21 Oxundu 427


"Milan"ın əfsanəvi futbolçusu, hazırda Ukrayna millisinin baş məşqçisi olan Andrey Şevçenko 2005-ci ildə Çempionlar Liqasının finalında "Liverpul"a penaltilər seriyasında uduzmalarını  xatırlayıb.

"CEMPİON.AZ"  "Corriere della Sera"ya istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis İstanbulda keçirilən matç haqqında deyib:
"Bu yara hələ də qanayır. İnsanların bizim coşquya qapıldığımızı deməsi məni narahat edir. Paulo Maldini fasilə zamanı diqqətli olun deyərək bizə xəbərdarlıq etmişdi. Həmin oyundan sonra ilk aylarda bu matçı düşünüb, gecələr qışqıraraq yuxudan oyanırdım".
Xatırladaq ki, həmin görüşdə "Milan" ilk hissədə 3:0 hesabı ilə qalib gəlmişdi. Lakin "Liverpul" ikinci hissədə geri dönüş edərək 3 qol vurub və hesab bərabərləşib. Bundan sonra "mersisaydlılar" rəqibini penaltilər seriyasında üstələyib.