cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Tottenhem" Mourinyonun keçidindən 13 milyon qazanacaq

05.05.2021 15:18 Oxundu 457


Joze Mourinyonun “Roma”ya təyinatına ən çox sevinən “Tottenhem” rəhbərliyidir.

"CEMPİON.AZ" xəbər verir ki, portuqaliyalı mütəxəssisin gələn mövsümdən İtaliya klubunun sükanı arxasına keçməsi londonluları böyük təzminatdan qurtaracaq.
Məsələ burasındadır ki, bu yaxınlarda onu qovan “Tottenhem” 18 aylıq maaşını, yəni 16 milyon funt-sterlinq təzminatı ödəməli idi. Lakin Mourinyonun “Roma” ilə rəsmi müqavilə imzalayacağı gündən bu təzminat maddəsi qüvvədən düşəcək. Bu da “Tottenhem”i sabiq çalışdırıcısına 13 milyon funt-sterlinq ödəməkdən xilas edəcək.
Qeyd edək ki, “Roma” ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayan Joze Mourinyonun illik maaşı 7,5 milyon avro olacaq.