cümə, 12 sentyabr 2025

BİZİM FUTBOL

Rəşad Sadıqov cəzalandırıldı

05.05.2021 17:11 Oxundu 574

AFFA “Zirə”nin başşqçisi Rəşad Sadıqovu cəzalandırıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Azərbaycan kubokunun yarımfinalında “Zirə” – “Keşlə” qarşılaşmasında olan hadisə müzakirə edilib. AFFA-nın İntizam Komitəsinin çıxardığı  qərara əsasən Rəşad Sadıqov və hadisənin digər iştirakçıları cəzalandırılıb.
Rəşad Sadıqov oyun vaxtı texniki zonada qaydaları pozub və qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən baş məşqçi 2 oyunluq cəzalandırılıb. “Zirə” klubu isə 1600 manat cərimə edilib.