cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Tuhel bu futbolçuların satılmasını istədi

05.05.2021 18:34 Oxundu 471

“Çelsi”nin baş məşqçisi Tomas Tuhel yay fasiləsində 6 futbolçunun satılmasını istəyir.

"CEMPİON.AZ" "The Telegraph"a istinadən xəbər verir ki, bunlar Villi Kabalyero, Kepa Arrisabalaqa, Emerson Pelmeri, Kristian Pulişiç, Olivye Jiru və Temmi Abrahamdır.
Almaniyalı mütəxəssisin bu siyahını klub rəhbərliyinə təqdim etdiyi bildirilir.
Qeyd edək ki, Premyer Liqada 4-cü pillədə qərarlaşan London klubu Çempionlar Liqasının yarımfinalındadır. Komanda bu axşam "Real"la cavab matçına çıxacaq.