cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasında ingilis finalı

06.05.2021 01:24 Oxundu 478

Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, yarımfinalın cavab görüşündə "Çelsi" doğma meydanda "Real"ı qəbul edib.
Komandalar arasında Madriddə keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi. Bu matç isə London klubunun inamlı qələbəsi ilə başa çatıb - 2:0. Bununla da Tomas Tuhelin çalışdırdığı "Çelsi" finala yüksəlib. 
Ötən gün isə İngiltərənin daha bir təmsilçisi "Mançester Siti" PSJ səddini keçərək finala vəsiqə qazanıb. İngilis finalı mayın 29-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda olacaq. 
Çempionlar Liqası, yarımfinalın cavab oyunu

23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:0
Qol:
 Verner, 28, Mount, 85
İlk oyun - 1:1