cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Konte "Tottenhem"ə keçə bilər

06.05.2021 10:46 Oxundu 423


İtaliyanın “İnter” klubunun baş məşqçisi Antonio Konte yenidən Premyer Liqada çalışa bilər.

"CEMPİON.AZ" xəbər verir ki, Milan təmsilçisini A seriyasının çempionu edən mütəxəssis “Tottenhem”in hədəfindədir.
London klubu italiyalının keçidi ilə bağlı danışıqlara start verməyə hazırlaşır. Konte “İnter”dəki işini prioritet saysa da, İngiltərə variantının da üstündən xətt çəkib.
Qeyd edək ki, Konte İngiltərədə “Çelsi”nin baş məşqçisi kimi də çempionluq yaşayıb.