06.05.2021 11:52
456

“İnter”in hücumçusu Lautaro Martines uzun müddət bu komandada qalacaq.
"CEMPİON.AZ" xəbər verir ki, argentinalı forvard A seriyasının çempionu ilə yeni müqavilə imzalamaq qərarına gəlib.
Tərəflər arasında danışıqlar artıq müsbət yekunlaşıb və 23 yaşlı forvard 2023-cü ilin yayına qədər olan sözləşmə müddətini daha 1 illik uzatmaq təklifini qəbul edib. Məvacibi də yaxşılaşdırılacaq Martinesin sərbəst qalma məbləği isə 111 milyon avro olaraq göstəriləcək.