cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Çelsi" müdafəçi ilə müqaviləni uzadacaq

06.05.2021 12:42 Oxundu 451


İngiltərənin “Çelsi” klubu futbolçusu Tyaqo Silva ilə müqaviləni uzadacaq.

"CEMPİON.AZ" xəbər verir ki, London təmsilçisi braziliyalı müdafiəçini heyətində saxlamağa qərar verib.
36 yaşlı arxa xətt oyunçusunun hazırkı müqaviləsi bu ilin yayında başa çatacaq. Lakin həm baş məşqçi Tomas Tuxel, həm də klub rəhbərliyi təcrübəli futbolçunu əldən buraxmaq niyyətində deyil.
Tyaqonun çıxışından razı olan Premyer Liqa təmsilçisi onunla anlaşmanı daha bir il müddətinə uzatmağa yaxındır. Artıq “Çelsi” yeni anlaşmanın detallarını hazırlamağa başlayıb.