cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Mbappenin əvəzinə Salah 

06.05.2021 13:17 Oxundu 431


"Liverpul"un futbolçusu Məhəmməd Salah karyerasını PSJ-də davam etdirə bilər.

"CEMPİON.AZ" "Le Parisien"ə istinadən xəbər verir ki, Paris təmsilçisi yayda forvard Kilian Mbappe klubu tərk edərsə, misirli hücumçunu ala bilər.
Salah İngiltərə təmsilçisi ilə yeni müqaviləni müzakirə etmədiyini söyləyib.
Xatırladaq ki, 28  yaşlı oyunçu bu mövsüm "Liverpul"da 46 oyunda 29 qol vurub və 4 qolun ötürməsini verib.