cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Naqelsmann Haalandı "Bavariya"da görmək istəyir

06.05.2021 15:45 Oxundu 443


"Bavariya" "Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haalandı transfer etmək istəyir.

"CEMPİON.AZ" "Sky Sport Deutschland"a istinadən xəbər verir ki, bu yaydan Münhen təmsilçisini çalışdıracaq Yulian Naqelsmann onu komanda üçün mükəmməl hücumçu hesab edir. 33 yaşlı mütəxəssis norveçli oyunçunu Robert Levandovskinin əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Haalandla "Real", "Barselona", "Mançester Siti" və "Mançester Yunayted"in maraqlandığı iddia olunur.