cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Hakan Çalhanoğlu "Arsenal"a keçə bilər

06.05.2021 19:28 Oxundu 463


"Arsenal" "Milan"ın futbolçusu Hakan Çalhanoğlunu heyətinə qatmaq istəyir.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb. London təmsilçisi Çalhanoğlunu "Real"dan icarəyə götürdüyü Martin Edeqaardın əvəzedicisi kimi görür. "Topçular" 27 yaşlı yarımmüdafiəçini bu yay almağı planlaşdırır.
Qeyd edək ki, Çalhanoğlu cari mövsüm 39 matçda 9 qol vurub və 11 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi bu yay  başa çatacaq.