cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

PSJ-nin keçmiş futbolçusu ölü tapıldı

07.05.2021 14:52 Oxundu 448


PSJ-nin keçmiş qapıçısı Kristof Reva vəfat edib.

"CEMPİON.AZ" Fransa mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı veteran qolkiper evində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, fransalı qapıçı 1996-1998-ci illərdə PSJ-də çıxış edib. O, ölkəsində "Havr", "Renn" və "Tuluza" komandalarında da oynayıb.