07.05.2021 15:50
626

Dortmund “Borussiya”sı futbolçusu Feliks Passlakla müqaviləni yeniləyib.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir.
Passlak 2016-cı ildən “Borussiya”da çıxış edir. Alman müdafiəçi bu mövsüm Bundesliqada 6 oyuna çıxıb. Onun əvvəlki müqaviləsi yaya qədər idi.