07.05.2021 15:43
711


"Açığı, mən "Qarabağ"ı komanda saymıram. "Neftçi"ni "sındırdılar" və Ağdam klubu bu fürsətdən istifadə etdi. "Qarabağ"ı adına görə irəli çəkdilər. Bəlkə elə deyil? "Qarabağ" nə vaxtdan böyük camiə olub? "Neftçi" başqa aləmdi".
Bu sözləri tanınmiş bəstəkar Eldar Mansurov “Futbol+” qəzetinə müsahibəsində deyib.
Sosial mediada geniş rezonans doğuran bu açıqlamaya biz də münasibət bildirməyi lazımlı hesab edirik.
Eldar müəllim "Neftçi"nin azarkeşidir, ona görə belə deyir. Əslində isə "Qarabağ"ın "Neftçi"ni ötməsi təbiidir və bunun obyektiv səbəbi var. "Qarabağ"ın tək sahibi var və komandanı həmin sahib idarə edir. "Qarabağ" bu səviyyəyə vahid idarəçiliklə, həm də uzun müddət təcrübə toplayaraq gəlib. "Neftçi"nin isə sahibi bəlli deyil, daha doğrusu, bir neçə sahibi var: sponsor, prezident, Müşahidə Şurası, AFFA-nın gizli əli və s. Bu cür çoxhakimiyyətlilik olan yerdə hərc-mərclik qaçılmazdır. Əlbəttə, "Neftçi" tarixi olan köklü komandadır. Amma idarəçiliyindəki dərəbəylik komandanın ziqzaqlı inkişaf yolundan yüksələn inkişaf yoluna keçməsinə mane olur.
Bir də Eldar müəllim "Neftçi"ni sındırdılar" deyir. Kim sındırdı? Eldar müəllim bu suala dəqiq cavab tapa bilsə, "Qarabağ" barədə yanlış fikirdə olduğunu etiraf etmiş olacaq.