07.05.2021 16:22
489

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
"CEMPİON.AZ" xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez bu ada layiq görülüb. Əlcəzairli oyunçu PSJ-yə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
Xatırladaq ki, finala vəsiqə qazanan "şəhərlilər" həlledici görüşdə "Çelsi" ilə qarşılaşacaq.