cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Ter Ştegen: "Həmin məğlubiyyət qürurumuza çox zərər verdi"

08.05.2021 14:49 Oxundu 480


"Barselona"nən qapıçısı Mark Andre ter Ştegen ötən mövsüm Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya 2:8 hesabı ilə uduzduqları oyundan danışıb.

"CEMPİON.AZ" xəbər verir ki, 29 yaşlı qolkiper "Sport1"ə açıqlamasında deyib:
"İndiyədək bu oyun haqqında danışırlar. Həmin məğlubiyyət bizə, qürurumuza çox zərər verdi. Bunu inkar edə bilmərəm. Həmin vaxtdakı durumumuzu nəzərə alsaq, biz "Bavariya"nı dayandıra bilmədik. Bu barədə dürüst olmalıyam".
Qeyd edək ki, həmin görüşdə "Bavariya"dan Müller və Koutinyo dubl edib, Qnabri, Perişiç, Kimmix və Levandovski hərəyə 1 dəfə fərqləniblər. "Barselona"dan isə Alaba və Suares qol vurmuşdular.