cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Derbidə "Qalatasaray" qalib oldu

09.05.2021 07:52 Oxundu 508


Türkiyə Superliqasında 40-cı turun oyunları keçirilib.

"CEMPİON.AZ" xəbər verir ki, “Qalatasaray” çempionatın lideri “Beşiktaş”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Fənərbaxça" isə səfərdə "Ankaragücü"nü məğlub edib - 2:1.
Qeyd edək ki, “Beşiktaş” 81 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan “Fənərbaxça” ikinci, 78 xalı olan "Qalatasaray" isə üçüncüdür.

"Qalatasaray" – "Beşiktaş" - 3:1
Qol:
 Babel, 11. Falkao, 45+1-pen. A.Turan, 77 – Gezzal, 42.

"AnkaragücüÜ" – "Fənərbaxça" - 1:2
Qol:
 A.Potuk, 3 – O.Tufan, 42. Valensiya, 90+6.