09.05.2021 11:47
494

"Liverpul" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, "mersisaydlılar" 35-ci turda "Sauthempton"u qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sadio Mane 31-ci, Tiaqo Alkantara isə 90-cı dəqiqədə fərqlənib.
Qeyd edək ki, "Liverpul" turnir cədvəlində 57 xalla 6-cı, "Sauthempton" isə 37 xalla 16-cıdır.